Bu gün:

Hörmüz boğazında qarşıdurma yenidən alovlanıb


ABŞ Prezidenti Donald Tramp cümə axşamına keçən gecə Hörmüz boğazında baş verən qarşılıqlı atəş mübadiləsindən sonra ABŞ ilə İran arasında atəşkəsin hələ də qüvvədə olduğunu bildirib. İlk atəşin hansı tərəfdən açıldığı isə hələlik məlum deyil.

İranın cənubundakı Bəndər-Abbas sahillərində, Hörmüz boğazında lövbər salmış gəmilər - 4 Mart 2026

24media.az "Al Jazeera"yə istinadən bildirir ki, İran dövlət mediası əvvəlcə Hörmüz boğazında "partlayışların" eşidildiyini və bunun "düşmənlə qarşılıqlı atəş olduğunu açıqlayıb. Eyni zamanda, İran KİV-i paytaxt Tehranda da partlayış səslərinin eşidildiyini bildirib.

Bundan qısa müddət sonra İranın ən yüksək hərbi komandanlığı ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində Bandar Xamir, Sirik və Keşm adası sahillərinin vurulduğunu açıqlayıb. İran tərəfi ABŞ-nin donanma gəmilərinə dərhal cavab atəşi açıldığını və "əvvəlcədən ciddi zərər vurulduğunu" iddia edərək ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın hücumlarını "əsassız" adlandırıb. Məlumata görə, ABŞ-yə məxsus idarəolunan raket destroyerləri boğazdan keçən zaman İran qüvvələri tərəfindən çoxsaylı raket, pilotsuz uçuş aparatı və kiçik qayıqlarla hücuma məruz qalıb.

CENTCOM açıqlamasında ABŞ qüvvələrinə hücum edən İran hərbi obyektlərinin - raket və PUA buraxılış məntəqələrinin, komanda-idarəetmə mərkəzlərinin və kəşfiyyat-müşahidə nöqtələrinin məhv edildiyini bildirib.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et