Bu gün:

BMT Fransaya Yeni Kaledoniya ilə bağlı çağırış edib


BMT Fransa hakimiyyətini Yeni Kaledoniyada aparılacaq siyasi və konstitusiya islahatlarında yerli Kanak xalqının tam iştirakını təmin etməyə çağırıb. Ekspertlər prosesin inklüziv və şəffaf aparılmasının vacibliyini vurğulayıblar.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi Komitəsi Parisin son təşəbbüslərinin 1998-ci il Numea Sazişi ilə formalaşan siyasi sistemə mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirib. Qeyd olunub ki, Kanak xalqının razılığı olmadan seçki və siyasi mexanizmlərin dəyişdirilməsi onların hüquqlarına zidd ola bilər.

Komitə, həmçinin 2024-cü ildə baş verən etirazlar zamanı hüquq-mühafizə orqanlarının güc tətbiqi ilə bağlı müstəqil araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et