Bu gün:

“Bank BTB”nin depozitlərinin böyük hissəsi ABB-yə ötürülüb


Azərbaycan bank sektorunda aparılan yenidən təşkil tədbirləri çərçivəsində “Bank BTB”nin depozit portfelinin böyük hissəsi artıq ABB-yə ötürülüb.Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov

24media.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda kredit portfelinin ötürülməsi prosesinə başlanılıb.

Taleh Kazımov əlavə edib ki, iyun ayının sonuna qədər bankın aktiv və öhdəliklərinin tam şəkildə ötürülməsi təmin olunacaq.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et