Bu gün:

Sumıda uşaq bağçasına PUA zərbəsi endirilib


Mayın 6-da Rusiya ordusu Ukraynanın Sumı şəhərinin mərkəzində yerləşən uşaq bağçasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Bildirilib ki, şəhərə zərbələr davam edir və sakinlərin təhlükəsiz yerlərdə qalması vacibdir.

Sumı şəhərinin meri vəzifəsini icra edən Artem Kobzar qeyd edib ki, iki pilotsuz aparat birbaşa uşaq bağçasının binasına düşüb və dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Qeyd edək ki, səhər saatlarında Sumı vilayətində dron hücumu nəticəsində bir qadın həlak olub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et