Dünya şöhrətli müğənni Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində Bakıda səhnə alacaq.
Keti Perri
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, 2026-cı ildə keçiriləcək yarış həftəsonu Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edir və proqram əvvəlki illərlə müqayisədə daha möhtəşəm təşkil olunacaq. Yubiley tədbirlərinin əsas məqamlarından biri Keti Perrinin çıxışı olacaq. Müğənni sentyabrın 25-də keçiriləcək xüsusi gecədə “Formula 1” azarkeşləri qarşısında şou proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harrisin də çıxışı nəzərdə tutulur.
Xatırladaq ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
Aylin Bayraməliyeva
