Azərbaycanda məktəblilər arasında “Milli Kosmik Poçt Kart Müsabiqəsi” layihəsinə start verilib.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə “AZCON Holding”ə daxil olan “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə həyata keçirilir.
Müsabiqə ABŞ-nin “Blue Origin” şirkəti, “Club for Future” təşkilatı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “Azərpoçt” MMC-nin tərəfdaşlığı ilə reallaşdırılır.
Layihə çərçivəsində ölkə üzrə 2 min məktəbdən 200 minədək şagirdin iştirakı nəzərdə tutulur. Müsabiqənin sonunda seçiləcək 2 min poçt kartı raket vasitəsilə kosmosa göndəriləcək və geri qayıtdıqdan sonra “Kosmosa uçmuşdur” təsdiq möhürü ilə iştirakçılara təqdim olunacaq.
Qeyd edək ki, “Kosmosa poçt kartları” təşəbbüsü “Blue Origin” tərəfindən təsis edilmiş “Club for the Future” təşkilatının həyata keçirdiyi beynəlxalq təhsil layihəsidir.
Aylin Bayraməliyeva
