Bu gün:

Rusiya Merefa şəhərinə zərbə endirib: ölənlər və yaralananlar var


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Merefa şəhərinə endirdiyi raket zərbəsi nəticəsində ölən və yaralananlar var.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində dörd nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.

Oleq Sinequbov bildirib ki, ölənlər arasında 50 və 63 yaşlı kişilər, həmçinin 41 və 52 yaşlı qadınlar var.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et