Cənubi Qafqazda davam edən proseslər regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
24media.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının sədri Antonio Koşta İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin sammitində çıxışı zamanı səsləndirib.
O bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması istiqamətində atılan addımlar alqışlanmalıdır.
Antonio Koşta həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana sammitin İrəvanda təşkilinə görə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə videobağlantı vasitəsilə qatılmasını yüksək qiymətləndirib.
Aylin Bayraməliyeva
