Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabanı ziyarət edib.
Parlamentlərarası İttifaqın nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ederken
24media.az “Report”a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Qonaqlar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə tər güllər qoyublar.
Aylin Bayraməliyeva
