Bu gün:

İlham Əliyev Avropa Parlamentini tənqid edib


Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin fəaliyyətinə tənqidi münasibət bildirib.Azərbaycan Prezidenti İlham Əliyev

24media.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısı bu fikirləri İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirib.

Prezident qeyd edib ki, Avropa institutlarının hamısı Ermənistan-Azərbaycan sülh prosesinə eyni yanaşmanı nümayiş etdirmir və bu baxımdan fərqli mövqe sərgiləyən qurumlar da mövcuddur.

İlham Əliyev bildirib ki, belə institutlar sırasında Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası yer alır.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2024-cü ilin yanvarına qədər milli nümayəndə heyətinə qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb.

Prezident əlavə edib ki, 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoyaraq BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini yerinə yetirib. Onun sözlərinə görə, buna baxmayaraq, dörd ay sonra AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edilib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et