Bu gün:

AZAL Bakı–Dubay reyslərini bərpa edir


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuşları yenidən həyata keçirməyə hazırlaşır.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə mayın 15-dən etibarən start veriləcək və uçuşlar hər gün həyata keçiriləcək.

Sərnişinlər biletləri AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə artıq əldə edə bilərlər.

Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən bu istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et