İspaniyanın “Barselona” klubunda icarə əsasında çıxış edən Markus Reşford karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
24media.az “Report”a istinadən BBC-yə xəbər verir ki, hücumçu “Tottenhem”in maraq dairəsindədir.
Məlumata görə, London təmsilçisi cari mövsüm Premyer Liqada yerini qoruya bilsə, 28 yaşlı futbolçunu transfer etməyə cəhd edəcək.
Qeyd edək ki, Reşford müqavilə ilə “Mançester Yunayted” klubuna məxsusdur.
Xatırladaq ki, “Tottenhem” hazırda Premyer Liqada 34 xalla 18-ci pillədə qərarlaşıb. İngiltərəli forvard bu mövsüm “Barselona”nın heyətində keçirdiyi 45 oyunda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Aylin Bayraməliyeva
