Bu gün:

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb


Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsində azalma qeydə alınıb.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu il aprelin 1-nə manatın nominal effektiv məzənnəsi 103,9 bənd təşkil edib. Bu göstərici aylıq müqayisədə 2,1 bənd, ilin əvvəli ilə müqayisədə 1,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 bənd azdır.

Eyni zamanda, fevral ayının sonuna manatın real effektiv məzənnəsi 117,7 bənd olub. Bu isə aylıq müqayisədə 1,9 bənd, ilin əvvəli ilə müqayisədə 1,9 bənd artım deməkdir. Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqayisədə real effektiv məzənnə 3,4 bənd azalıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et