Kino Sənətləri və Elmləri Akademiyası aktyorluq və ssenaristlik nominasiyaları üzrə “Oskar” mükafatlarının yalnız insanlar tərəfindən görülən işlərə veriləcəyini açıqlayıb.
24media.az BBC-yə istinadən xəbər verir ki, bu barədə akademiyanın yenilənmiş qaydalarında qeyd olunub.
Bildirilib ki, yeni tələblərə əsasən, aktyorluq nominasiyası yalnız insan ifası olduqda, ssenari isə yalnız insan tərəfindən yazıldıqda mükafata namizəd ola bilər.
Qərarın son dövrlərdə süni intellekt texnologiyalarının kino sənayesində geniş tətbiqi fonunda qəbul edildiyi vurğulanıb. Belə ki, artıq bəzi layihələrdə vəfat etmiş aktyorların süni intellekt vasitəsilə yenidən canlandırılması və ya tam süni obrazların yaradılması halları müşahidə olunur.
Qeyd edək ki, süni intellektdən istifadə məsələsi son illərdə Hollivudda geniş müzakirə olunur və ssenaristlərin tətilində əsas tələblərdən biri kimi irəli sürülüb.
Aylin Bayraməliyeva
