Bu gün:

“Prezident Kuboku” yelkən yarışlarına start verilib


Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan yelkən idmanı üzrə “Prezident Kuboku”na start verilib.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarış Bakı bulvarında saat 11:00-da başlayıb.

Turnirdə 30-dan çox idmançı mübarizə aparır. Yarış yeniyetmələr arasında “Optimist”, gənclər arasında isə ILCA4 kateqoriyaları üzrə keçirilir.

Bildirilib ki, yarışlara bu gün yekun vurulacaq.

Qeyd edək ki, bundan əvvəl Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” təşkil edilib. Reqata ilk dəfə Sərsəng su anbarında start götürüb, daha sonra Suqovuşan və Mingəçevirdə davam edib. Azərbaycan komandası yarışlarda 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et