Mənzərə sözünün mənası olaraq verdiyi tərifə baxdığımız zaman “çöl rəsmi”, “bir yerin təbii görünüşü” kimi qarşımıza çıxır. Digər tərəfdən, sözün tam mənasını başa düşmək üçün "peyzaj"-ın etimoloji tədqiqatlarına müraciət etmək lazımdır. Fransız mənşəli söz "paysage" sözündəndir. “Paysage” sözü “pays” sözünün “age" şəkilçisi ilə törəməsindən əmələ gəlib. Kənd ölkəsi və yurdu mənasını verən “pays”, “age” şəkilçisi ilə “kəndə məxsus” deməkdir.

Məna baxımından bu sözün yerinə “mənzərə”, “görünüş” kimi sözlər də işlənə bilər. Digər tərəfdən, mənzərə bildirən söz təkcə bu mənada işlənmir və daha geniş ifadəyə uyğun gəlir. Təbii və mədəni xüsusiyyətləri nəzərə alaraq bəzi planlar qura bilmək üçün təyin olunan peyzaj öz başına bir işdir. Bu nöqtədə, bu sahədə bəzi peşəkar perspektivlər çox vacibdir. Keyfiyyətli işin görülməsi nəticəsində ortaya çıxacaq uğurlu işlər payzaj planlamasının niyə bu qədər vacib olduğunu da açıqlayır.
Peyzaj planlaşdırılması dəqiq nə deməkdir?
Ətrafdakı park, ev, məktəb, bağça, yaşayış yerləri və ağlına gələn hər bir sahədə landşaft planlaması aparılır. Onların hər birinin ətraf mühitin şərtlərinə uyğun planlamasını təmin edən bu bölmə iqtisadi, mədəni, funksional və estetik baxımdan ətraflı araşdırmaya daxildir. Bu nöqtədə müəyyən edilmiş məqsədlərə çatmaq üçün lazımi fikirləri təmin edən landşaft memarlığı, resurslardan düzgün istifadə etməyi hədəfləyir.
Mövcud təbii ehtiyatlardan daha səmərəli istifadə etməyə kömək edən landşaft memarlığı məhsuldarlıq üçün çox vacibdir. Ətrafımızdakı hər bir detalın bütövlükdə nəzərdən keçirilməsini təmin edən bu tip planlaşdırma çox yönlüdür. Ətrafımızdakı düzənliklər, dərələr, parklar, bağlar, binalar, insanlar, heyvanlar, nəqliyyat vasitələri və bir çox başqaları fiziki elementlərdir. Onların hər birinin qiymətləndirərkən ətraf mühit şəraitini hüquq, ictimai həyat və adət-ənənə baxımından təhlil etməsi bu planlaşdırmanın arzulanan məqsədlərə çatmaqda son dərəcə əhəmiyyətli olduğunu göstərir. Bu nöqtədə planlaşdırmanın əhəmiyyətini aşağıdakı kimi ümumiləşdirmək olar:
- İstifadə olunan resurslardan faydalanma potensialı bu planlaşdırma vasitəsilə artırıla bilər.
- Müəyyən edilmiş məqsədlərə uyğun olaraq təsirli bir araşdırma aparılacağı üçün arzu olunanlara çatmaq çox daha asan olur.
- Mövcud təbii ehtiyatların olduğundan daha məhsuldar və səmərəli olması təmin edilir.
- İctimai həyata uyğun bir planlaşdırma edildiyi üçün xüsusilə, uzun vədədə çox təsirli nəticələr əldə edilir.
- Təbii və mədəni mühitin balanslaşdırılmış vəziyyəti landşaft planlaşdırılması ilə təmin edilir. Beləliklə, son nöqtədə insanlığın vazkeçilməz ünsürləri təbiətə hörmətlə üzə çıxarılır.
- Ekoloji əsaslar üzərində qurulması sayəsində bu planlarla təbii hərəkətdəki tarazlıqlar qorunur.
Əsas nöqteyi-nəzərdən görülən hər bir detal kimi ümumiləşdirilə bilən mənzərə tətbiq olunduğu zaman bir çox fənlərin birləşməsinə çevrilir. Müəyyən bir təməl ətrafında formalaşsa da, bu prosesdə tamamilə aydın bir yol planlaması edilə bilməz. Bunun əsas səbəbi planlaşdırılacaq əraziyə xüsusi tələblərin olacağı fikridir. Bu nöqtədə planlaşdırmaya daxil ediləcək hər bir element ətrafdakı elementlərlə birbaşa əlaqədə olmalıdır.
Mənbə: Ceotudent
Tərcümə etdi: Xədicə Qiyas
