Bu gün:

Benksi Londonun mərkəzinə böyük heykəl yerləşdirib


Dünyaca məşhur britaniyalı küçə sənətçisi Banksy Londonun mərkəzinə böyük bir heykəl yerləşdirib. Sənətçi çərşənbə günü səhər ortaya çıxan heykəlin ona məxsus olduğunu bir gün sonra "İnstagram" hesabında paylaşdığı video ilə təsdiqləyib.

Şəkildə əlində daşıdığı bayraqdan üzü görünməyən, irəli addımlayan kostyumlu kişi təsvir olunub

24media.az "BBC"yə istinadən bildirir ki, kompozisiyanın qarşısını görə bilməyən bir insanın kor şəkildə irəliləməsini simvolizə etdiyi ehtimal olunur.

Əsər 1800-cü illərdə imperalizm və hərbi gücü tərənnüm etmək üçün salınmış Voterlu meydanında ucaldılıb. Heykəl, həmçinin VII Edvard, Florns Naytingeyl və Krım Müharibəsi Abidəsinin yaxınlığında Bukingem Sarayına çox yaxın bir mövqedə yerləşir.

Qeyd edək ki, siyasi və sistem tənqidinə yönəlmiş əsərləri ilə tanınan Benksinin kimliyi hələ də açıqlanmır və o, media ilə yalnız nümayəndələri vasitəsilə əlaqə saxlayır.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et