Bu gün:

Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib


Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Ulu Öndərin zəngin siyasi irsi və Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu geniş şəkildə müzakirə olunub.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasim çərçivəsində əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onun və şəhidlərin xatirəsi yad edilib. Çıxışlarda Ümummilli Liderin müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsindəki xidmətləri xüsusi vurğulanıb.

Qeyd olunub ki, bu gün ölkənin əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinin davamıdır və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Tədbirin sonunda partiyaya yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et