İtalyan intibah dövrünün ən məşhur rəssamlarından biri olan Mikelancelonun 1500-cü illərdə çəkdiyi “Adəmin yaradılışı” əsəri çoxlarımıza tanışdır. Bu rəsm, əslində, tavana çəkilmiş freskadır.
Mikelancelonun Tanrının üzünü təsvir edərkən öz üz cizgilərini çəkdiyi düşünülür. Rəsmin ən diqqət çəkən hissəsi əllərin qovuşduğu hissə olsa da, rəsmin başqa yerlərində çox daha böyük detalların olduğu ortaya çıxıb. Rəsm haqqında müxtəlif müzakirələr bu günə kimi davam etməkdədir.

1511-ci ildə Mikelancelonun "Adəmin yaradılışı" tablosu Sistina Şapeli tavanında yerləşir. Məşhur əsərdə Mikelancelonun öz üzünü Tanrının üzü kimi çəkdiyi iddia edilir. Bundan əlavə, “Adəmin yaradılışı” tablosu məşhur inancın əksinə olaraq rəsm deyil, freskadır.
Rəsmin ən məşhur şərhi, adından da bilindiyi kimi, yaradıcının Adəmə həyat verməsidir. Başqa bir yozum budur ki, rəsm insanların Allahdan uzaqlaşmasını təsvir edir. Burada Allahın və Adəmin əllərinin qovuşduğu hissəni ən mühüm hissə kimi göstərə bilərik.

Adəmin yaradılması ilə bağlı illərdir bu şəkildə şərh edilən yeni tezislər heç də əsassız deyil. Yeni şərhlər budur ki, rəsmdə Tanrı beyin kimi bir qəlibə çəkilir. Deməli, Mikelancelo bəşəriyyətə “Allah, əslində, sənsən, o sənin içindədir” mesajını çatdırmış ola bilər. Unutmayın ki, sənət əsərləri ona baxan insanların şərhləri ilə məna qazanır. Bu, sadəcə, Mikelancelonun əl rəsminin mənası kimi maraqlı mövzuya dair şərhdir. Dəqiq tapıntı yoxdur.
Mənbə: Ceotudent
Tərcümə etdi: Xədicə Qiyas
