Bu gün:

Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresində çıxış edib


Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanın ABŞ-yə üçgünlük rəsmi səfəri davam edir. Səfərin ikinci günündə Kral III Çarlz ABŞ Konqresində çıxış edib.

III Çarlzın ABŞ Konqresində çıxışından görüntü

24media.az "Al Jazeera"yə istinadən bildirir ki,  Vaşinqtonda Nümayəndələr Palatasının binasında keçirilən birgə iclasda Konqresin hər iki palatasının üzvləri iştirak ediblər.

Səfərin İranla bağlı müharibə fonunda iki ölkə münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf etməsi onun siyasi əhəmiyyətini daha da artırıb. 

Çıxışı zamanı Kral III Çarlz Böyük Britaniya ilə ABŞ arasında tarixi əlaqələrə diqqət çəkərək tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, demokratik dəyərlərin hər iki ölkənin idarəetmə sisteminin əsasını təşkil etdiyini və icra hakimiyyətinin nəzarət və tarazlıq mexanizmlərinə tabe olmasının önəmini qeyd edib.

Bununla yanaşı, Kral III Çarlz Britaniya ilə ABŞ arasındakı strateji ittifaqın dəyişən qlobal şəraitdə yalnız keçmiş uğurlara əsaslana bilməyəcəyini bildirib.

O, həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə çağırış edərək Avropada ədalətli və davamlı sülhün təmin olunması məqsədilə Ukraynaya dəstək məsələsində ortaq mövqenin vacibliyini ifadə edib.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et