İranın xarici işlər naziri Abbas Araqçi rəsmi səfər çərçivəsində Oman və Pakistandan sonra Rusiyaya gedərək Prezident Vladimir Putin ilə görüş keçirib.
Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Araqçini Boris Yeltsin Prezident Kitabxanasında qarşılayıb - 27 Aprel 2026
24media.az xəbər verir ki, Rusiya dövlət xəbər agentliyi "RIA Novostin"in yaydığı məlumata əsasən, Prezident Putin görüş zamanı Yaxın Şərqdə sülhün təmin olunması istiqamətində Rusiyanın bütün imkanlarını səfərbər etməyə hazır olduğunu bildirib.
Görüşdə çıxış edən nazir Abbas Araqçi İran–Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini qeyd edib.
İranın rəsmi xəbər agentliyi "IRNA" isə əvvəlcədən yaydığı məlumatda Araqçinin səfəri regional münaqişə və müharibə ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm imkan kimi dəyərləndirdiyini açıqlayıb.
Qeyd edək ki, Nazir Araqçi həftəsonu Pakistan və Oman səfərləri zamanı Hörmüz boğazından gəmi keçidlərinin təhlükəsizliyinin təmin olunması məsələsinin əsas müzakirə mövzularından biri olduğunu bildirib.
Eyni zamanda, ABŞ mediasında İranın Vaşinqtona Hörmüz boğazının açılması və hərbi qarşıdurmanın dayandırılmasına yönəlmiş, nüvə danışıqlarının isə daha sonraya təxirə salınmasını nəzərdə tutan yeni təklif təqdim etdiyi barədə iddialar yayılıb.
Aytac Musayeva
