ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Hilton” hoteldə keçirdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma hadisəsi qeydə alınıb.
Donald Trampın təxliyə edildiyi görüntü
24media.az "BBC" yə istinadən xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, hadisə nəticəsində yalnız bir polis əməkdaşının yaxın məsafədən açılan atəşə məruz qaldığı, lakin onun zirehli geyiminin ağır xəsarətlərin qarşısını aldığı bildirilib.
Tramp hadisədən təxminən 30 dəqiqə sonra "Truth Social" hesabında verdiyi açıqlamada hücumu törətməkdə şübhəli bilinən şəxsin ələ keçirildiyini təsdiqləyib.
Hadisədən təxminən iki saat sonra Prezident Tramp Kaş Patel və Todd Blanş ilə birlikdə Ağ Evdə mətbuat konfransı keçirib. O, son illərdə qeydə alınan silahlı hücum cəhdlərinə toxunaraq jurnalistlərə açıqlamasında bu peşənin yüksək risk daşıdığını vurğulayıb.
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası ABŞ-də 1921-ci ildən etibarən keçirilən və fəaliyyətdə olan prezidentin iştirakı ilə baş tutan ənənəvi media tədbirlərindən biri hesab olunur. Donald Tramp bu tədbirdə vəzifədə olan prezident kimi ilk dəfə iştirak edib.
Aytac Musayeva
