Bu gün:

Britaniya mümkün ərzaq və yanacaq qıtlığına qarşı hazırlığı gücləndirir


Böyük Britaniya hökuməti İran ətrafında gərginliyin artması fonunda ərzaq və yanacaq təminatı ilə bağlı ehtiyat tədbirlərini gücləndirib. Rəsmi London mümkün risklərə qarşı qabaqlayıcı addımlar ataraq təchizat sabitliyini qorumağa çalışır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Kir Starmer bu məsələ ilə bağlı yaradılmış xüsusi komitənin iclasına rəhbərlik edəcək. Həmçinin, nazirlərdən ibarət qrup ehtiyatların vəziyyətini və təchizat zəncirində yarana biləcək problemləri mütəmadi olaraq izləyir.

Məlumata görə, regionda baş verən hadisələr enerji qiymətlərinə təsir göstərib və bəzi ərzaq məhsulları üzrə qıtlıq riski artır. Bununla belə, hökumət əhalini təşvişə düşməməyə çağıraraq yanacaq və digər ehtiyatların normal qaydada istifadə olunmasını tövsiyə edir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et