Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdə keçirilən "Skistar Winter Games" beynəlxalq yarışında iştirak edib.

24media.az "Report"-a istinadən xəbər verir ki, Qış İdman Növləri Federasiyasının məlumatına görə xizəkçi yarışın slalom növündə mübarizə aparıb.
U-14 yaş kateqoriyası üzrə yarışan Ş.Akselsson 4-cü pilləni tutub.
Qeyd edək ki, turnirdə 12 ölkədən 80 idmançı mübarizə aparıb.
