Bu gün:

“Georgian Airways” maliyyə çətinliyi ilə üzləşib


Gürcüstanın “Georgian Airways” aviaşirkəti maliyyə çətinliyi səbəbindən müflis olma təhlükəsi ilə üzləşib.24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb.

Məlumata görə, şirkət artıq uçuşların sayını azaldıb və vəziyyət yaxşılaşmasa, fəaliyyətini dayandırmaq ehtimalı yaranıb. Aviaşirkətin hökumətin dəstəyinə ümid etdiyi bildirilir.

Qeyd olunur ki, “Georgian Airways” aviasiya yanacağının qiymətində kəskin artım səbəbindən uçuş planlarını optimallaşdırmağa başlayıb. Bu səbəbdən daha az tələbat olan istiqamətlər üzrə reyslər azaldılır.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, mövcud vəziyyət davam edərsə, məhdud sayda uçuş həyata keçirmək mümkün olacaq, lakin daha sonra fəaliyyətin dayanması riski yarana bilər.

Aviaşirkət hazırda Gürcüstan hökuməti ilə məsləhətləşmələr aparır və vəziyyətin normallaşdırılması üçün dəstək gözləyir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et