Bu gün:

İran beynəlxalq uçuşları mərhələli şəkildə bərpa edir


İran uzun fasilədən sonra beynəlxalq hava əlaqələrini yenidən bərpa edir.24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İmam Xomeyni Beynəlxalq Hava Limanından “Tasnim” agentliyinə məlumat verilib.

Qeyd olunub ki, ilkin mərhələdə İstanbul, Mədinə və Məsqət istiqamətlərinə uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Bu reyslər bu gündən etibarən bərpa edilir.

Məlumata əsasən, İran Mülki Aviasiya Təşkilatının bütün zəruri icazələri verildikdən sonra uçuş cədvəlləri mərhələli şəkildə genişləndiriləcək.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et