Bu gün:

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda səfərdədir


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski


24Media.az AZƏRTAC a istinadən xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Söhbət zamanı dövlət başçılarının əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Zelenskinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaratdığı vurğulanıb. Tərəflər əməkdaşlığın, o cümlədən enerji və kənd təsərrüfatı sahələrində genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyəti nəzərdən keçirilib.

Ukraynanın Azərbaycana göstərilən humanitar dəstəyə və ukraynalı uşaqlara diqqətə görə təşəkkür etdiyi qeyd olunub. Ukraynalı bir qrup tələbənin reabilitasiya və Azərbaycanın mədəniyyət və incəsənəti ilə tanışlıq məqsədilə ölkəmizə səfərinin nəzərdə tutulduğu bildirilib.

Aylin Bayraməliyeva






Paylaş
Şərh əlavə et