Azərbaycanın əsas futbol çempionatında növbəti turun oyunları bu gün başlayır.
24media.az “Report”a istinadən xəbər verir ki, Misli Premyer Liqasında XXIX turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “İmişli” komandası “Sumqayıt”ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 16:00-da start götürəcək və oyunu hakim Elçin Məsiyev idarə edəcək. Hazırda “Sumqayıt” 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb, “İmişli” isə 29 xalla 9-cu yerdədir.
Turun digər qarşılaşması Qəbələdə keçiriləcək. “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Saat 18:30-da başlayacaq matçın baş hakimi Kamal Umudlu olacaq. “Araz-Naxçıvan” 39 xalla 6-cı pillədə yer alır, “Qəbələ” isə 19 xalla 11-ci sıradadır.
Qeyd edək ki, Misli Premyer Liqasında XXIX tura aprelin 27-də yekun vurulacaq.
Aylin Bayraməliyeva
