Bu gün:

"Peşəkar gənc aktyorlar məktəb görüblər"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi aktyor, Azərbaycan xalq artisti Şamil Süleymanlıdır. O, gənc aktyorların yol verdiyi səhvlərdən və onlara tövsiyələrindən danışıb. 


-Gənc aktyorların yol verdiyi səhvlər hansılardır

Bəzən biz “peşəkar gənc aktyorlarla” “təsadüfi” adamları səhv salırıq. Peşəkar gənc aktyorların yol verdikləri səhvlər zamanla, üzərində işlədikcə düzələn səhvlərdir. Onlar məktəb görüblər, universitet bitiriblər, ustad yanında olublar. Tamaşaçının gözü qarşısında böyümək olmaz, aktyor gərək öyrənsin, yetişsin daha sonra səhnəyə çıxsın. Cavanlar arasında bəziləri var ki, mən onlardan öyrənirəm, bunu eyib bilmirəm. Aktyorların böyük əksəriyyəti özlərini sənətdə görürlər, sənəti özlərində yox, elə problem də buradadır. 

Həmçinin aktyor, yəni müsahibimiz imicində olan dəyişikliklərin səbəbini Cəfər Cabbarlının “Almaz” əsərində iştirakına görə olduğunu vurğuladı. 

Səadət Quliyeva

 

 

Paylaş
Şərh əlavə et