Bu gün:

Qəbələdə Azərbaycan və Ukrayna liderlərinin geniş tərkibli görüşü keçirilib


Aprelin 25-də Qəbələdə Azərbaycan və Ukrayna arasında yüksək səviyyəli görüş baş tutub. Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər.

24media.az xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi və regional məsələlər müzakirə olunub. Tərəflər əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb və gələcək əməkdaşlığın genişləndirilməsi üçün imkanlar dəyərləndirilib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et