Bu gün:

Avropa çempionatında bu gün 8 sərbəst güləşçimiz mübarizə aparacaq


Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri növbəti görüşlərinə çıxacaqlar.24media.az “Report”a istinadən xəbər verir ki, yarış günündə 8 idmançımız döşək üzərinə çıxacaq.

Məlumata görə, Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.

İslam Bazarqanov (57 kq) isə qızıl medal uğrunda Musa Mehtixanovla (UWW) qarşılaşacaq.

Bundan başqa, Cəbrayıl Hacıyev bürünc medal uğrunda görüşə çıxacaq. 79 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Rasul Şapiyev (Şimali Makedoniya) və Tariel Qafrindaşvili (Gürcüstan) cütünün qalibi ilə güləşəcək.

Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə Ayub Musayevlə (Belçika) üz-üzə gələcək.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et