Bu gün:

Azərbaycan–Monteneqro arasında çarter reysləri müzakirə olunub


İki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi gündəmə gətirilib.

Monteneqro və Azərbaycanın dövlət bayraqları


24media.az “Report”a istinadən xəbər verir ki, Monteneqronun Azərbaycandakı konsulu Vüqar Əliyev Podqoritsada turizm naziri Simonida Kordiçlə görüşdən sonra bu barədə məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan və Monteneqro arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin 2026-cı il üçün birbaşa çarter reyslərinin təşkili məsələləri müzakirə olunub.

Konsul bildirib ki, tərəflər əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə və müsbət nəticələr verəcəyinə əmindir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et