Bu gün:

XİN-də diplomatik xidmətə qəbul qaydalarında yenilik edilib


Diplomatik xidmətə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsində dəyişiklik tətbiq olunub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası


24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni qaydaya əsasən, ali təhsilini cari tədris ilində başa vurmaqda olan tələbələrə də müsabiqədə iştirak üçün qeydiyyatdan keçmək imkanı yaradılıb. Bu qərar tədris ilinin başa çatmasına az müddət qalması, çoxsaylı müraciətlər və müsabiqə prosesinin mərhələli xarakteri nəzərə alınaraq qəbul edilib.

Qeyd olunub ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.

Nazirlik vurğulayıb ki, bu yenilik müsabiqənin digər mərhələlərinə və ümumi şərtlərinə təsir etmir. Belə ki, yekunda uğur qazanan namizədlər işə qəbul üçün tələb olunan sənədləri, o cümlədən ali təhsil haqqında təsdiqedici sənədləri təqdim etməlidirlər.

Məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilən onlayn qeydiyyat xidməti vasitəsilə müraciət edə bilərlər.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et