Bu gün:

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın istifadə etdiyi binaya zərbə endirib


İsrail Müdafiə Ordusu Livanın cənubundakı Deyr-Ayms şəhərində ötən gecə "Hizbullah"ın İsrailin sərhədyanı Ştula yaşayış məntəqəsini raketlərlə atəşə tutduğu binaya zərbələr endirib.

Bu barədə 24media.az "Report"-a istinadən xəbər verir.

"The Times of Israel"-in məlumatına görə, aviazərbədən əvvəl İsrail ordusu Deyr-Ayms sakinlərini təxliyə barədə xəbərdar edib.

Deyr-Ayms Livanın cənubunda İsrailin nəzarət etdiyi təhlükəsizlik zonasından şimalda yerləşir.

Paylaş
Şərh əlavə et