Bu gün:

Bakı metrosunun fəaliyyətində yaranan texniki nasazlıqla bağlı açıqlama gəlib


24media.az-ın budəfəki müsahibi nəqliyyat eksperti Aslan Əsədovdur. O, metroda yaranan texniki nasazlığın səbəblərindən danışıb.

 - Bakı metrosunun bütün stansiyalarında girişin bağlanmasının səbəbi nədir?

"Burada hansısa fors-major hal olduğunu düşünmürəm. Belə hadisələrdən tam yayınmaq çətin prosesdir. Bu, birbaşa texniki nasazlıqla bağlıdır. Metronun fəaliyyətinin dayanması və ya bunun həyat riskinə təsir etməsi məsələsinə gəlincə isə, hesab edirəm ki, bu, müvəqqəti haldır".

- Məhdudiyyətin tətbiqi nə qədər davam edəcək və sərnişinlər üçün alternativ nəqliyyat imkanları varmı?

Ekspert qeyd edib ki, mövcud vəziyyət müvəqqəti xarakter daşıyır və tezliklə aradan qaldırılması gözlənilir. Bununla yanaşı, alternativ nəqliyyat vasitələri ilə bağlı bəzi problemlər də yaranıb: "Taksilərin qiymət artımı və digər ödənişlərlə bağlı təəssüf doğuran hallar var".

- Məhdudiyyət şəhərin nəqliyyat sisteminə və gündəlik həyat ritminə necə təsir edib?

"İstər Bakı şəhərinin müxtəlif ərazilərində, istərsə də daxili küçə və prospektlərində gərginlik hiss olunur. İnsanların metrodan istifadə qaydalarına yanaşması və prosedurlara əməl etmə ardıcıllığı müxtəlifdir. Xüsusən texniki məsələlərlə bağlı bunu demək vacibdir. Bu gün metronun və digər xətlərin məhdud şəkildə fəaliyyət göstərməsi öz təsirini açıq şəkildə göstərir".

Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et