Bu gün:

Tramp Şahzadə Harrinin açıqlamalarına münasibət bildirib


ABŞ Prezidenti Donald Tramp Şahzadə Harrinin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Harrinin Böyük Britaniya adından danışmadığını bildirib.


Məlumata görə, Şahzadə Harri Kiyevə səfəri zamanı ABŞ-ni Ukrayna məsələsində liderlik göstərməyə çağırıb. O qeyd edib ki, Vaşinqton beynəlxalq öhdəliklərinə sadiqliyini qlobal təhlükəsizlik kontekstində nümayiş etdirməlidir.


Jurnalistlərin sualını cavablandıran Donald Tramp vurğulayıb ki, Şahzadə Harri Böyük Britaniyanı təmsil etmir: “Bir şeyi dəqiq bilirəm ki, Şahzadə Harri Böyük Britaniya adından danışmır. Məncə, Böyük Britaniya adından ondan daha çox mən danışıram”.


ABŞ Prezidenti əlavə edib ki, Harrinin səsləndirdiyi fikirləri yüksək qiymətləndirir.


Qeyd edək ki, Şahzadə Harrinin Ukraynaya səfəri onun həyat yoldaşı Meqan Markl ilə birlikdə Avstraliyaya etdiyi şəxsi səfərdən qısa müddət sonra baş tutub. Cütlük hazırda Britaniya kral ailəsinin rəsmi üzvü kimi fəaliyyət göstərmir.


Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et