Bu gün:

Kallas: İranla danışıqlarda ekspertlərin iştirakı vacibdir


İranla aparılan danışıqların formatı ilə bağlı narahatlıq ifadə olunub.24media.az “Report”a istinadən xəbər verir ki, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Nikosiyada keçiriləcək qeyri-rəsmi sammit ərəfəsində bildirib ki, prosesə nüvə ekspertləri cəlb edilməlidir.

Onun sözlərinə görə, danışıqlar yalnız nüvə mövzusu ilə məhdudlaşar və müvafiq mütəxəssislərin iştirakı olmadan aparılarsa, əldə olunacaq razılaşma 2015-ci il tarixli Birgə Hərtərəfli Fəaliyyət Planından daha zəif ola bilər.

Kallas vurğulayıb ki, regiondakı digər problemlər – raket proqramları, müxtəlif qruplara dəstək, eləcə də Avropada hibrid və kiberfəaliyyət məsələləri həll olunmasa, daha təhlükəli vəziyyət yarana bilər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, nəticədə bölgədə gərginlik artıb. Aprelin 8-də tərəflər iki həftəlik atəşkəs barədə razılığa gəlsə də, 11-12 aprel tarixlərində İslamabadda keçirilən danışıqlar razılaşma olmadan yekunlaşıb.

Hazırda ABŞ tərəfindən İran limanları və Hörmüz boğazı ilə bağlı məhdudiyyətlər tətbiq olunub, İran isə öz növbəsində boğazdan keçidin məhdudlaşdırıldığını açıqlayıb. Bu vəziyyət regionda və qlobal enerji bazarında gərginliyi artırıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et