Bu gün:

Bukmeykerlər Azərbaycanı "Avroviziya-2026"da favorit hesab etmir


Avroviziya-2026” mahnı müsabiqəsi ərəfəsində Avropalı bukmeykerlər iştirakçı ölkələrin qalibiyyət şanslarını qiymətləndirərək ilkin proqnozlarını açıqlayıblar.24media.az “Report”a istinadən xəbər verir ki, bu proqnozlarda Azərbaycanı təmsil edən JIVA favoritlər siyahısına daxil edilməyib.

Məlumata görə, builki müsabiqənin əsas favoriti Finlandiya hesab olunur. Linda Lampenius və Pete Parkkonen duetinin ifa etdiyi “Liekinheitin” mahnısının qalib gəlmək ehtimalı 31 faiz qiymətləndirilir.

Bukmeykerlər həmçinin Fransa, Danimarka, Avstraliya və Yunanıstanı da güclü iştirakçılar sırasında göstərir.

Qeyd edək ki, Azərbaycanın təmsilçisi JIVA müsabiqədə “Just Go” mahnısı ilə çıxış edəcək. Mahnının söz və musiqisi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadova məxsusdur.

JIVA mayın 14-də keçiriləcək ikinci yarımfinal mərhələsində 2 nömrə altında səhnəyə çıxacaq.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et