Bu gün:

Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanda baş verən hadisəyə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin inzibati binası


24media.az “Report”a istinadən xəbər verir ki, Nazirlik İrəvanda keçirilən “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyib.

Bəyanatda qeyd olunub ki, bu hadisə etnik zəmində nifrətin təzahürüdür və qəbuledilməzdir. Bildirilib ki, Ermənistan hökuməti bu kimi halların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

Həmçinin vurğulanıb ki, belə hərəkətlərə demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlığı adı ilə göz yumulması yolverilməzdir.

Nazirlik qeyd edib ki, Ermənistanda revanşist və etnik nifrətə əsaslanan bu cür addımlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.

Sonda Ermənistan hökuməti bu hərəkətləri törədən şəxslərin məsuliyyətə cəlb olunmasına çağırılıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et