Bu gün:

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinalda


Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib. Çempionat Albaniyanın paytaxtı Tiranada keçirilir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram) və Birgül Soltanova (65 kiloqram) 1/4 finalda rəqiblərinə qalib gələrək növbəti raunda adlayıblar.

Ruzanna Məmmədova (62 kiloqram) isə həmin mərhələdə uduzub.

Qeyd edək ki, çempionat aprelin 26-dək davam edəcək və Azərbaycan 25 güləşçi ilə təmsil olunur. 

Amina Paşazadə

Paylaş
Şərh əlavə et