Bu gün:

Ukrayna Rusiyanın neft obyektlərinə zərbələr endirib


Gecə saatlarında həyata keçirilən hücumlar nəticəsində itkilər qeydə alınıb.24media.az “Report”a istinadən xəbər verir ki, Ukraynanın müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Samara şəhərindəki neft emalı zavoduna və Nijni Novqorod vilayətində yerləşən “Qorki” nasos-kompressor stansiyasına zərbələr endirib.

Məlumata görə, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko açıqlama verib.

Digər tərəfdən, Rusiyanın Novokuybışevsk şəhərinin qubernatoru Vyaçeslav Fedorişev Ukrayna pilotsuz uçuş aparatlarının sənaye obyektlərinə hücum etdiyini bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alanlar var, bir nəfər isə həyatını itirib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et