Bu gün:

Azərbaycandan Ukraynaya çay ixracı kəskin artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Ukraynaya 265,73 min ABŞ dolları dəyərində 30,28 ton qara çay ixrac edilib.

24media.az “APA-Economics”-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi məıumat verib,bu göstərici ötən ilin ilk iki ayı ilə müqayisədə dəyər ifadəsində 43,9%, həcm ifadəsində isə 45,5% artıb.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 644,3 ton çay istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% çoxdur.

I rübdə Azərbaycandan xarici bazarlara 1 milyon 758 min ABŞ dolları dəyərində 204,12 ton çay ixrac edilib. Çay ixracı 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə dəyər baxımından 15,1%, həcm baxımından isə 18,2% artıb.

Həmin dövrdə ölkəyə 20 milyon 378 min ABŞ dolları dəyərində 3 158,63 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 19,8%, həcm baxımından isə 23,6% azalıb.

Yanvar-mart aylarında çayın 1 kiloqramının orta ixrac qiyməti 14,6 manat, orta idxal qiyməti isə 11,1 manat təşkil edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et