U-20 millisinin düşərgəsini tərk edən futbolçunun vəziyyətinə aydınlıq gətirilib.
“Sabah” klubunun oyunçusu Şahin İbrahimov
24media.az “Report”a istinadən xəbər verir ki, “Sabah” klubunun oyunçusu Şahin İbrahimovun çanaq nahiyəsindəki simfiz sümüyündə problem aşkarlanıb.
Klubdan bildirilib ki, 18 yaşlı futbolçu təxminən iki həftə müalicə alacaq.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışı keçir. 2027-ci ildə bu yaş qrupu üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.
Aylin Bayraməliyeva
