Bu gün:

ABŞ Prezidenti İranla razılaşmanın imzalanacağına inanır


ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın imzalanacağına inanır.

24media.az APA-ya istinadən xəbər verir ki,o,bu barədə CNBC-yə müsahibəsində deyib.

“Düşünürəm ki, ABŞ İranla çox gözəl bir razılaşma əldə edəcək. Məncə, onların başqa seçimi yoxdur. Onların donanmasını, Hərbi Hava Qüvvələrini, liderlərini aradan götürmüşük”, - Tramp bildirib.

O, İranın hazırkı liderlərini daha rasional hesab etdiyini vurğulayıb: “Bu, rejim dəyişikliyidir, fərqi yoxdur siz bunu necə adlandırmaq istəyirsiniz”.

O, İranda rejimi dəyişdirəcəyinə dair vəd vermədiyini desə də, dolayı yolla buna nail olduğunu iddia edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et