Bu gün:

Cənubi Koreya Hörmüzlə bağlı variantları nəzərdən keçirir


Seul gəmiçilik azadlığının təmin edilməsi üçün müxtəlif iştirak formalarını dəyərləndirir.24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyinə açıqlamasında Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Məlumata görə, bəyanat Prezident Li Çje Myonun ötən həftə Böyük Britaniya və Fransanın rəhbərliyi ilə keçirilən çoxtərəfli sammitdə iştirakından sonra səsləndirilib. Sammitdə ABŞ-İran münaqişəsinə birbaşa qoşulmayan ölkələrin mümkün dəstək formaları müzakirə olunub.

Cənubi Koreya lideri Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə “əhəmiyyətli töhfə” verəcəyini bəyan edib və böhranın tezliklə həlli üçün kollektiv beynəlxalq səylərin vacibliyini vurğulayıb.

Nazirlik rəsmisi qeyd edib ki, bu töhfə yalnız hərbi iştirak anlamına gəlmir, eyni zamanda diplomatik və humanitar variantları da əhatə edir.

Onun sözlərinə görə, görüşdə konkret vəzifə bölgüsü hələ tam müəyyənləşdirilməyib, lakin bu cür təşəbbüslər İrana gəmiçiliyin bərpasının vacibliyi ilə bağlı vahid mesajın çatdırılması baxımından önəmlidir.

Nümayəndə əlavə edib ki, hazırda İrana qarşı əlavə sanksiyalar və ya digər təzyiq tədbirləri müzakirə olunmur, lakin belə addımlar gündəmə gələrsə, Cənubi Koreya beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə hərəkət edəcək.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et