Bu gün:

Aİ Şurasında Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması müzakirə olunacaq


Brüsselin gündəmində Cənubi Qafqazda sülh prosesi əsas mövzulardan biri olacaq.24media.az “Report”a istinadən xəbər verir ki, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının bu gün Lüksemburqda keçiriləcək iclasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi mühüm yer tutacaq.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas iclasdan əvvəl açıqlama verib.

Onun sözlərinə görə, Aİ Bakı və İrəvan arasında dialoqu regionda təhlükəsizlik və dayanıqlığın təmin olunmasının əsas amillərindən biri kimi qiymətləndirir. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı Aİ-nin xarici siyasət prioritetləri sırasında qalır.

Kallas bildirib ki, görüşdə normallaşma prosesinin dəstəklənməsi üçün gələcək addımlar, həmçinin Aİ-nin Ermənistanda yeni missiyasının yaradılması imkanları müzakirə ediləcək.

“Biz həmçinin Azərbaycanla münasibətlərin inkişaf yollarını müzakirə edəcəyik”, – deyə o qeyd edib.

Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Brüssel sülh gündəliyinin irəliləməsi üçün hər iki tərəflə işi davam etdirmək niyyətindədir və bunun üçün konstruktiv dialoq və uzunmüddətli razılaşmalar vacibdir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et