Bu gün:

Tahin ilə limonun inanılmaz təsiri


Sinir sisteminin dostu olan tahin haqqında maraqlı məlumatları sizin üçün araşdırdıq. Səhər yeməyinin əvəzolunmazı, kalsium və C vitamini anbarı olan tahinin insan sağlamlığı üçün çox böyük faydası var. Tərkibində yüksək miqdarda kalori olsa da, gündə bir qaşıq təbii dərman.

İnsanların çoxu limon və tahinin qarışığını bilmir. Ancaq ən qədim sağlamlıq dərmanlarından olan tahin və limon qarışığı qan azlığı istəyən və daim yorğun olanlar üçün ən təbii dərman ola bilər.

Bəs tahinlə limonu qarışdırdıqda nə baş verir?

Tərkibində dəmir olan tahin kimi C vitamini olan təbii turşulu qida ilə birləşdirildikdə faydaları 10 dəfə artır. Bu yolla tahin orqanizmdə qan əmələ gətirən maddələrin sayını artırır. Tahin həm sümük sağlamlığını gücləndirir, həm də qan hüceyrələrini artıraraq orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır. Bir xörək qaşığı təbii tahinin içinə 3 damcı limon sıxın. Bunu hər səhər müntəzəm olaraq istehlak edin. Tahini limon qarışığı təkcə qan qurucu və ya yorğunluq əleyhinə deyil, həm də enerji ehtiyatlarını gücləndirir. Kişilərdə və qadınlarda məhsuldarlığı artırır. Bu şəkildə sonsuzluq riskini sıfırlayır. Valideyn olmaq istəyənlər üçün təbii dərmandır. Bədəndəki bütün toksinləri çıxarır. Bu sayədə ödemin yığılmasının qarşısını alır. Gündəlik ehtiyac duyulan kalsium, maqnezium, fosfor və mis kimi maddələrin çatışmazlığını aradan qaldırır. Ağciyərləri təmizləyir. Nəfəs alma çətinliklərini minimuma endirir. O, həmçinin siqaretdən zədələnmiş ağciyər qapaqlarını bərpa edir.

Mənbə: CNN

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et