İran ordusundan davam edən blokada səbəbindən Hörmüz boğazının kommersiya gəmilərinin keçidi üçün yenidən bağlandığı açıqlaması gəlib.
"Agios Fanourios I" adlı neft tankerinin Hörmüz boğazından keçidi - 17 Aprel 2026
24media.az "BBC"yə istinadən xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarəti Təşkilatından verilən (UKMTO) məlumata əsasən, Oman sahilləri açığında bir neft tankeri İran İnqilab Keşikçiləri Korpusuna məxsus iki sürət qayığının hücumuna məruz qalıb.
UKMTO-nun ikinci açıqlamasında bildirilir ki, daha bir konteyner gəmisi də naməlum cisim tərəfindən vurulub.
İranın yeni dini lideri Müctəba Xamenei 18 aprel tarixli yazılı bəyanatında ölkə donanmasının "düşmənləri məğlub etməyə hazır olduğunu" bildirib.
Qeyd edək ki, Tehran rəhbərliyi 17 apreldə Livandakı atəşkəsə uyğun olaraq boğazı keçidlər üçün açdığını elan edib. Prezident Donald Tramp isə ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın davam edəcəyini qeyd edib.
Aytac Musayeva
