Bu gün:

Xəzər rayonunda silsilə oğurluq edən şəxs saxlanılıb


Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb.

24media.az APA-ya istinadən xəbər verir ki,bu barədə APA-ya DİN-dən məlumat verilib.

Naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.

Araşdırma aparılır.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et