Ermənistan və Türkiyə parlament rəhbərləri arasında görüş baş tutub.

24media.az APA-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Məlumata görə, görüş Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası çərçivəsində keçirilib.
Alen Simonyan türkiyəli həmkarının Gürcüstan parlamentinin sədri ilə görüş zamanı səsləndirdiyi təklifdən məmnunluğunu ifadə edib.
Tərəflər təşəbbüsün həyata keçirilməsi ilə bağlı detalları da müzakirə ediblər.
Qeyd edək ki, Numan Kurtulmuş Ermənistanın Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil edilməsini və bunun regionda sülh və sabitliyə töhfə verəcəyini təklif edib.
Aylin Bayraməliyeva
